Azərbaycanda bu xəstələrin sayı 6 dəfə artdı - Yeni dövlət proqramı hazırlanır

Azərbaycanda bu xəstələrin sayı 6 dəfə artdı - Yeni dövlət proqramı hazırlanır
SAĞLAMLIQ
14:26 06.12.2024
730
Tez-tez sosial şəbəkələrdə diabet xəstələrinin dərmanla təminatda qarşılaşdığı problemlərlə bağlı şikayətlərini görürük. Onlar saatlarla, bəzən də günlərlə xəstəxana növbələrində durub müalicələri üçün lazım olan dərmanı götürməyə çalışırlar. Bu problem ölkənin əksər apteklərində yaşanır.

Bu vasitələr dövlət tərəfindən pulsuz təmin edilsə də, say məhdudiyyəti səbəbilə bir çox xəstə onları apteklərdən öz hesabına almağa məcbur qalır. Gün ərzində bir neçə dəfə şəkər səviyyəsini yoxlamalı olan xəstələr üçün dövlət tərəfindən ödənişsiz təqdim edilən vasitələr kifayət etmir.

Respublika Endokrinoloji Mərkəzinin direktor müavini Ülviyyə Əhmədovanın sözlərinə görə, hazırda Azərbaycanda təxminən 400 minə yaxın şəkərli diabet xəstəsi qeydiyyatdadır. Bu xəstələr iki qrupa ayrılır və onların arasında birinci tip diabet xəstələrinin 1350 nəfəri Bakıda qeydiyyatdan keçib. O qeyd edib ki, paytaxtda qeydiyyatda olan xəstələrdə təminat problemi yaşanmır.

Ülviyyə Əhmədova həmçinin vurğulayıb ki, şəkərli diabet xəstələrinə təqdim olunan illik tibbi yardımın həcmi, inyeksiya vasitələri, insulin, digər şəkərsalıcı dərmanlar və özünənəzarət vasitələrinin sayı, həmçinin bu vasitələrlə təminat prosesi Nazirlər Kabinetinin 2005-ci il 13 may tarixli, 87 nömrəli qərarı ilə tənzimlənir.

TƏBİB-dən sorğuya cavab olaraq bildirilib ki, 2005-ci ildən bu yana ölkədə şəkərli diabet xəstələrinin sayı altı dəfə artıb. Buna görə də müasir standartlara uyğun tibbi xidmətlərin təmin edilməsi üçün tədbirlər görülür.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Nazirlər Kabinetinin 2005-ci il 13 may tarixli qərarına uyğun olaraq dəyişikliklər layihəsi hazırlayıb. Həmçinin, qarşıdakı illərdə həyata keçirilməsi nəzərdə tutulan yeni dövlət proqramı üzərində iş gedir.

Təkliflərə xəstələrə göstərilən tibbi xidmətin keyfiyyətinin və effektivliyinin artırılması, həmçinin mövcud çatışmazlıqların həlli daxildir. Eyni zamanda, ilkin tibbi xidmətlərin gücləndirilməsi və təkmilləşdirilməsi üçün tədbirlərin görülməsi planlaşdırılır./Milli.Az/
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Dövlət Departamenti: Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir
23:48 31.05.2025
Dövlət Departamenti: Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir
“Fənərbaxça” mövsümü qələbə ilə başa vurdu
23:24 31.05.2025
“Fənərbaxça” mövsümü qələbə ilə başa vurdu
Nigeriyada avtobusun körpüdən çaya aşması nəticəsində onlarla idmançı ölüb
23:14 31.05.2025
Nigeriyada avtobusun körpüdən çaya aşması nəticəsində onlarla idmançı ölüb
ABŞ Moskva və Kiyev arasında danışıqların uzanmasını istəmir
22:57 31.05.2025
ABŞ Moskva və Kiyev arasında danışıqların uzanmasını istəmir
Hikmət Hacıyev: Ermənistan minaları kütləvi qırğın silahı funksiyası daşıyır
22:28 31.05.2025
Hikmət Hacıyev: Ermənistan minaları kütləvi qırğın silahı funksiyası daşıyır
Prezidentdən Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım - FOTO
22:18 31.05.2025
Prezidentdən Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım - FOTO
Dohada “Süni İntellekt və İnsan Hüquqları” mövzusunda beynəlxalq konfrans – FOTO
22:06 31.05.2025
Dohada “Süni İntellekt və İnsan Hüquqları” mövzusunda beynəlxalq konfrans – FOTO
"Sabah" komandası "Qarabağ"ı məğlub edərək Azərbaycan Kubokunun qalibi olub
21:56 31.05.2025
"Sabah" komandası "Qarabağ"ı məğlub edərək Azərbaycan Kubokunun qalibi olub
Ukraynanın Sumı vilayətinin bir hissəsindən təcili təxliyələr başlayıb
21:43 31.05.2025
Ukraynanın Sumı vilayətinin bir hissəsindən təcili təxliyələr başlayıb
16 yaşlı Murad Bundesliqada oynayacaq - FOTOLAR
21:23 31.05.2025
16 yaşlı Murad Bundesliqada oynayacaq - FOTOLAR
General Məhərrəm Həsənov sərəncama götürüldü - Yeni təyinat
21:16 31.05.2025
General Məhərrəm Həsənov sərəncama götürüldü - Yeni təyinat
Şıx çimərliyi yaxınlığında açıq sahədə baş verən yanğın söndürüldü
21:10 31.05.2025
Şıx çimərliyi yaxınlığında açıq sahədə baş verən yanğın söndürüldü
Tərtərdə qəza - Bir ailənin 3 üzvü xəsarət aldı
20:57 31.05.2025
Tərtərdə qəza - Bir ailənin 3 üzvü xəsarət aldı
İzmirdə meşə yanır, 7 helikopter cəlb olunub
20:33 31.05.2025
İzmirdə meşə yanır, 7 helikopter cəlb olunub
HAMAS ABŞ-ın Qəzza ilə bağlı təklifinə cavabını vasitəçilərə təqdim edib
20:11 31.05.2025
HAMAS ABŞ-ın Qəzza ilə bağlı təklifinə cavabını vasitəçilərə təqdim edib
Salyanda 40 tonluq ot tayası yandı
19:49 31.05.2025
Salyanda 40 tonluq ot tayası yandı