Azərbaycanda bu xəstəxananın baş həkimi saxlanıldı - FOTO

Azərbaycanda bu xəstəxananın baş həkimi saxlanıldı - FOTO
SOSİAL
00:19 27.12.2022
1886
Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi saxlanılıb.

APA-nın əldə etdiyi xəbərə görə, bu gün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı xəstəxananın baş həkimi Eşqin Əliyev tutulub.

Baş Prokurorluğun Mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan faktla bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
 

 


OXŞAR XƏBƏRLƏR