Azərbaycanda cənnəti xatırladan bu parkın 3 əsr ömrü var - VİDEO

Azərbaycanda cənnəti xatırladan bu parkın 3 əsr ömrü var - VİDEO
SOSİAL
14:54 02.11.2016
2390
Bu park Azərbaycanın şimalındakı kiçik bir şəhərdədir.
 
Qusar çayı üzərində yerləşən Qusar rayonundakı Nəriman Nərimanov adına parkın əsası XIX əsrdə qoyulub. Sovet dönəmində astma, vərəm və digər nəfəs yolları xəstəliyi olanlar bu parka sanatoriyaya olduğu tibbi kimi göndəriş alırdılar. 3-5 ay günlərini bu parkda keçirdikdən sonra səhhətlərində irəliləyiş olduqda, müalicə kursu bitmiş hesab olunurdu. İnsanların səhhətinə müalicəvi təsir edən amil burada bitən müxtəlif ağac və kollardan havaya qarışan oksigen və digər ətrilərdir. Göndərişlər fəsillərə uyğun tənzimlənirmiş, bəzi xəstələr yaz, bəziləri yay, bəziləri payız aylarında bu parkda müalicəyə göndərilirmiş. Sırf bu baxımdan əvvəllər parka giriş ödənişli olub.
 
Parkın hazırki vəziyyəti də flora baxımdan uyğundur. N.Nərimanov adına parkın əsas özəlliklərindən biri burada bitən ağacların budanmaması, ağac diblərində meydana gələn ting və kolların kəsilməməsidir. Bu düşünülmüş təbiilik parkı həm estetik, həm də aura baxımdan fərqli edir. Qusar rayonu əsrarəngiz təbiəti ilə həm şəhər sakinlərinin, həm də qonaqların diqqətini cəlb edir.
 
Rayonun gəzməli yerləri çox olsa da, şəhərə gələnlər daha çox burada yerləşən Nəriman Nərimanov adına mədəniyyət və istirahət parkına baş çəkirlər. Bura həm də şəhər mərkəzində yerləşən meşə də demək olar. Parkın ərazisi 3 hektara yaxındır. Giriş zamanı qonaqları Nəriman Nərimanovun heykəli qarşılayır. Bundan başqa parkda 8 heykəl var.
 
Parkın ərazisində yaşı 100-dən çox olan palıd, göyrüş, qoz, cökə ağaclarına rast gəlmək olar. Hazırda parkda həm gənclərin, həm də yaşlıların istirahəti üçün şərait yaradılıb. Veteranların istirahəti üçün parkda Veteranlar evi inşa olunub.
 
Metlax döşənmiş pardaxili yolları yaşıl tunel də adlandırmaq olar. Yaz aylarında bu yolla hərəkət edəndə insan özünü hansısa meşənin dərinliyində hiss edir.
 
Dursun Tağıyeva,
AZXEBER.COM
 
OXŞAR XƏBƏRLƏR