Azərbaycanda çimərliklərlə bağlı ən çox verilən 7 suala - CAVAB

SOSİAL
15:02 05.08.2020
1114
Azərbaycanda cimerlik.az saytı fəaliyyətə başlayıb.
 
AZXEBER.COM sayta istinadən çimərliklərlə bağlı ən çox verilən sualları və cavabları təqdim edir. 

- Çimərliyə gedə bilərəmmi?
- Mövcud karantin rejiminin qaydalarına uyğun olaraq tətbiq edilmiş məhdudiyyətlərə əsasən hər bir çimərlik məhdud sayda insan üçün fəaliyyət göstərir. Bu say çərçivəsini aşmamaq şərti ilə çimərliklərə gedə bilərsiniz.
 
- Çimərliyin dolu olub olmadığını necə öyrənə bilərəm?
- Bunun üçün www.cimerlik.az saytına daxil olaraq getmək istədiyiniz çimərlikdə hal-hazırda neçə insanın olduğunu və çimərliyin doluluq səviyyəsini görə bilərsiniz. Əgər seçdiyiniz çimərlikdə insan sayı çoxdursa və doluluq səviyyəsinə yaxındırsa, daha az sıxlıq müşahidə olunan çimərliyə uz tutmanız xahiş olunur.
 
- Çimərliklərdə fəaliyyət göstərən hovuz və atraksionlardan istifadə edə bilərəmmi?
- Mövcud karantin rejimi çərçivəsində çimərliklərdəki hovuzlar, atraksionlar, o cümlədən əyləncə və idman guşələrinin fəaliyyəti dayandırılmışdır. Bu ərazilərdən hər hansı bir şəkildə istifadə qadağandır.
 
- Səhhətimlə bağlı narahatçılıq hiss edirəmsə, yenə də çimərliyə gedə bilərəmmi?
- Səhhətinizlə bağlı hər hansı bir narahatçılıq müşahidə edilirsə, bu zaman evi tərk etməməyiniz tövsiyə edilir. Əgər özünüzdə hər hansı bir narahatçılıq, COVID-19 virusuna spesifik olan simptomlar hiss edirsinizsə, evdə qalmağınız və müvafiq ərazi tibb nümayəndəliyi ilə əlaqə saxlamağınız tövsiyə olunur. Səhhətində hər hansı bir problem müşahidə edilən şəxslərin çimərlik ərazisinə gəlməsi qadağandır.

- Çimərliyə getməmişdən öncə nələrə diqqət etməliyəm?
- Çimərliyə getməmişdən öncə ilk növbədə gedəcəyiniz çimərlikdəki sıxlıq vəziyyəti ilə bağlı www.cimerlik.az saytı üzərindən məlumat almanız xahiş edilir. Eyni zamanda saytda yerləşdirilmiş müvafiq bölmələrdəki qaydalar və tələblərlə tanış olmağınız vacibdir. Qeyd edilmiş qaydalar və tələblərə riayət edilmədiyi hallda siz çimərlik ərazisinə buraxılmaya bilərsiniz.

- Çimərlik ərazisində nələrə diqqət etməliyəm?
- Çimərlik ərazisində olarkən xüsusi yerləşdirilmiş məlumat lövhələrindəki qaydalarla tanış olmağınız və onlara əməl etməyiniz tələb olunur. Bununla bərabər çimərlik ərazisindən müvafiq gigiyena qaydaları çərçivəsində istifadə etməyiniz, digər şəxslərlə aranızda ən az 2 metrlik fiziki məsafəni qorumağınız zəruridir. Çimərlikdəki qapalı ərazilərdə (soyunub-geynimə kabinləri, sanitar qovşaqlar və s. ərazilər) tibbi maskadan istifadə etmək məcburidir. Üzmək üçün nəzərdə tutulmuş ərazilərdən kənar açıq məkanlarda tibbi maskadan istifadə etməyiniz tövsiyə edilir. Çimərlik ərazisində yerləşdirilmiş antiseptik məhlullardan mütəmadi olaraq əllərinizi dezinfeksiya etmək üçün istifadə etməyiniz vacibdir.

OXŞAR XƏBƏRLƏR

X Mostbet