Azərbaycanda COVID-19-a yoluxanların sayının artması ilə bağlı - VACİB AÇIQLAMA

Azərbaycanda COVID-19-a yoluxanların sayının artması ilə bağlı - VACİB AÇIQLAMA
SOSİAL
11:56 09.08.2021
1318
"Soyuq aylarda respirator virus infeksiyalarına yoluxma hallarında artım qeydə alınır. Buna da infeksiyanın fəsilliyi deyilir. COVID-19 infeksiyasının fəsilliyi haqqında danışmaq hələ tezdir. Çünki pandemiyanın başlanmasından cəmi bir il yarım keçib. Bunu zaman göstərəcək ki, həmin infeksiya həqiqətən fəsillik xarakterlidir, yoxsa yox".

AZXEBER.COM "modern.az"-a istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

O bildirib ki, soyuq aylarda insanların həyat tərzində dəyişiklik müşahidə edilir. İnsanlar daha çox qapalı məkanlara üz tuturlar və təmaslar sıx olur. Nəticədə yoluxma şansı daha çox artır:

"Buna görə də payız aylarında yoluxma hallarının artımını proqnozlaşdıra bilərik. Nəzərə almaq lazımdır ki, burada əngəlləyici faktor vaksinasiya prosesidir. Əgər əhalinin vaksinasiyası yetərli sayda olsa, müəyyən qədər artımın qarşısı alına bilər. Nəticədə koronavirusa yoluxma halları ötən ilin noyabr-dekabr aylarında qeydə alınan saylar qədər olmaz. Yoluxma o həddə çatarsa belə peyvəndləmənin hesabına xəstəxanalara yerləşdirilənlərin, ağır halların və ölümün sayı az olar".

Təyyar Eyvazovun sözlərinə görə, hazırda yoluxma sayının artımı əsas deyil. Burada əsas olan hospitalizasiya olunanların, xəstəliyi ağır keçirənlərin və letal halların sayıdır.

"Vaksinasiyanın əhatə dairəsi artdıqca həmin göstəricilərdə də dəyişiklik olacaq. Ona görə də vaksinasiyada aktiv iştiraka çalışmalıyıq. Daha yoluxucu ştamları nəzərə alsaq, epidemioloji zənciri qırmaq üçün əhalinin təxminən 70-80 faizində immunitet olmalıdır. Ölkəmizdə COVID-19-la xəstələnənlərin sayı çoxluq təşkil etmir. Belə ki, koronavirusa yolxunların sayı 352 minə yaxındır. Bir doza vaksin alanların sayı isə 3 milyonu ötüb. Gün ərzində təxminən 60 min nəfər peyvənd olunur. Bu da o deməkdir ki, iki aydan sonra ölkəmizdə kifayət qədər insan vaksinasiyadan keçmiş olacaq. Təbii ki, bunlar hamısı son nəticədə öz sözünü deməlidir. Yəni, yoluxma hallarının sayında, xəstəxanaların doluluğunda, ağır halların və ölüm faizlərinin azalmasında öz effektini göstərməlidir", - deyə baş infeksionist qeyd edib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Mask tanınmış şirkətləri məhkəməyə verdi: Təzminat istəyir
16:19 26.08.2025
Mask tanınmış şirkətləri məhkəməyə verdi: Təzminat istəyir
Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət ünvanlanıb
16:17 26.08.2025
Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət ünvanlanıb
“Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi
16:12 26.08.2025
“Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi
Prezident ailəsinin yeni - FOTOSU
16:10 26.08.2025
Prezident ailəsinin yeni - FOTOSU
Tanınmış prödüser və ərinin öldürülməsinin təfərrüatları məlum oldu
16:06 26.08.2025
Tanınmış prödüser və ərinin öldürülməsinin təfərrüatları məlum oldu
"907-ci düzəlişin ləğvi Azərbaycanla ABŞ arasında yeni əməkdaşlıq dövrünün başlanğıcıdır"
15:52 26.08.2025
"907-ci düzəlişin ləğvi Azərbaycanla ABŞ arasında yeni əməkdaşlıq dövrünün başlanğıcıdır"
"Azərbaycan heç vaxt milli maraqlara zidd aralıq həll variantlarını qəbul etməyib"
15:33 26.08.2025
"Azərbaycan heç vaxt milli maraqlara zidd aralıq həll variantlarını qəbul etməyib"
Lisey və gimnaziyalarda II mərhələ seçimlərinə start verilir
15:24 26.08.2025
Lisey və gimnaziyalarda II mərhələ seçimlərinə start verilir
“Atamı ilk dəfə idi ki, ağlayan görürdüm...”
15:12 26.08.2025
“Atamı ilk dəfə idi ki, ağlayan görürdüm...”
İlk dəfə: reysqabağı yoxlama ödənişləri Yelo Bank-da!
15:01 26.08.2025
İlk dəfə: reysqabağı yoxlama ödənişləri Yelo Bank-da!
102 yaşlı alpinist Fuji dağına dırmaşdı - Ginnesin Rekordlar Kitabına düşdü
15:00 26.08.2025
102 yaşlı alpinist Fuji dağına dırmaşdı - Ginnesin Rekordlar Kitabına düşdü
Adnan Oktarın "kediciy"i soyadını dəyişdirdi - Müəllim oldu
14:57 26.08.2025
Adnan Oktarın "kediciy"i soyadını dəyişdirdi - Müəllim oldu
Tibb sahəsində ilk - 39 yaşlı beyin ölümü keçirən kişiyə donuz ağciyəri nəql edildi
14:47 26.08.2025
Tibb sahəsində ilk - 39 yaşlı beyin ölümü keçirən kişiyə donuz ağciyəri nəql edildi
Xocavənd və Ağdərədə baş verən yanğınların söndürülməsinə aviasiya cəlb olundu - VİDEO
14:44 26.08.2025
Xocavənd və Ağdərədə baş verən yanğınların söndürülməsinə aviasiya cəlb olundu - VİDEO
Tramp bəzi ölkələri açıq şəkildə hədələdi: “Nəticələri ilə üzləşəcəksiniz"
14:33 26.08.2025
Tramp bəzi ölkələri açıq şəkildə hədələdi: “Nəticələri ilə üzləşəcəksiniz"
Eldar Əzizov müşavirə keçirdi - Tapşırıqlar verdi
14:30 26.08.2025
Eldar Əzizov müşavirə keçirdi - Tapşırıqlar verdi