Azərbaycanda COVID-19-dan sağalanların sayı yoluxmanı ötdü

Azərbaycanda COVID-19-dan sağalanların sayı yoluxmanı ötdü
SOSİAL
19:43 07.09.2021
2155
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 447 yeni yoluxma faktı qeydə alınıb, 3 428 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZXEBER.COM-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 41 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 447 725 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 389 977 nəfər müalicə olunaraq sağalıb, 5 920 nəfər vəfat edib, aktiv xəstə sayı 51 828 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 530, bu günə qədər isə ümumilikdə 4 578 600 test aparılıb.
OXŞAR XƏBƏRLƏR