Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı AÇIQLANDI
SOSİAL
20:52 20.04.2023
119
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 140 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 89, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 12, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 31, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 8 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 958 954 nəfər təşkil edir.
OXŞAR XƏBƏRLƏR