Azərbaycanda çoxalan çəyirtkələrin qarşısı belə alınır - FOTOLAR

Azərbaycanda çoxalan çəyirtkələrin qarşısı belə alınır - FOTOLAR
SOSİAL
13:28 08.07.2020
1240
Xüsusi karantin rejimi dövründə Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyə və tələblərinə ciddi riayət edilməklə Aqrar Xidmətlər Agentliyinin rayonlar üzrə bitki mühafizəsi sahəsində fəaliyyət göstərən yerli qurumları tərəfindən xüsusi təhlükəli zərərverici olan çəyirtkəkimilərə qarşı mübarizə tədbirləri həyata kecirilir. Belə ki, iyun ayının sonlarında respublika ərazisində güclü şimal-şərq küləklərindən sonra ölkə xaricindən, şimal istiqamətindən Şabran, Siyəzən rayonlarının lokal ərazilərində Asiya cəyirtkələrinin miqrasiyası müşahidə olunub.

AZXEBER.COM xəbər verir ki, Aqrar Xidmətlər Agentliyinin əməkdaşlarından ibarət monitorinq qrupu yaradılaraq çəyirtkə dəstələrinin uçuş koordinatları və ümumi ərazi müəyyənləşdirilib. Asiya çəyirtkəsinin faktiki inkişaf fazasında (İmaqo) hərəkət intensivliyi və həyat tərzi nəzərə alınmaqla mobil ultra kiçikhəcmli ciləyici aqreqatlarla təchiz olunmuş 5 Mitsibişi-L200 markalı avtomaşın və 2 yerüstü çiləyici cəlb olunmaqla sirayətlənmiş ərazilərdə "Arrivo” (t.m-Sipermetrin) preparatı ilə 500 hektar ərazidə kimyəvi mübarizə tədbirləri həyata kecirilib. Mübarizə tədbirlərinin vaxtında, operativ həmçinin optimal müddətdə və mobil texnikalar vasitəsilə aparılmsı nəticəsində cəyirtkə miqrasiyasının ziyan vurma həddi minumuma endirilib. Hazırda həmin ərazilərdə fitosanitar müşahidələr davam etdirilir, aşkarlanan xırda dəstələrə qarşı mübarizə tədbirləri həyata keçirilir.

Aqrar Xidmətlər Agentliyi kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan fermer və sahibkarların nəzərinə çatdırır ki, təsərrüfatlarında adıçəkilən zərərverici müşahidə edildiyi halda dərhal Agentliyin müvafiq yerli qurumlarına (Rayon Bitki Mühafizəsi Mərkəzlərinə) və ya Kənd Təsərrüfatı Nazirliyinin 1652 Çağrı mərkəzinə məlumat verilsin.
 

 

 

 

 

 

 

 

 



OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı oldu - FOTOLAR
13:09 22.07.2026
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı oldu - FOTOLAR
Ev dustaqlığına buraxılan Arzuma bu qadağa qoyuldu - Vəkilindən açıqlama
13:00 22.07.2026
Ev dustaqlığına buraxılan Arzuma bu qadağa qoyuldu - Vəkilindən açıqlama
Özəl klinikalarda problemlər artır – Xidmət keyfiyyəti necə qorunmalıdır?
12:56 22.07.2026
Özəl klinikalarda problemlər artır – Xidmət keyfiyyəti necə qorunmalıdır?
Sabah hava necə olacaq?
12:52 22.07.2026
Sabah hava necə olacaq?
Arzum ev dustaqlığına buraxıldı
12:40 22.07.2026
Arzum ev dustaqlığına buraxıldı
"Arzum"un məhkəməsi davam edir - Vəkilindən təsirli çıxış: "4 uşaq sığınacağa verilə bilər"
12:36 22.07.2026
"Arzum"un məhkəməsi davam edir - Vəkilindən təsirli çıxış: "4 uşaq sığınacağa verilə bilər"
AccessBank Milli Mətbuat Gününü media nümayəndələri ilə birlikdə qeyd etdi - FOTOLAR
12:23 22.07.2026
AccessBank Milli Mətbuat Gününü media nümayəndələri ilə birlikdə qeyd etdi - FOTOLAR
Azercell media nümayəndələrini təbrik edir
12:17 22.07.2026
Azercell media nümayəndələrini təbrik edir
Yunanıstanda 43 dərəcəlik istilər: Açıq havada işlər dayandırıldı
12:13 22.07.2026
Yunanıstanda 43 dərəcəlik istilər: Açıq havada işlər dayandırıldı
Jurnalistika qabiliyyət imtahanı kompüterlə olacaq: DİM narahatlıqlara aydınlıq gətirdi
12:05 22.07.2026
Jurnalistika qabiliyyət imtahanı kompüterlə olacaq: DİM narahatlıqlara aydınlıq gətirdi
Hikmət Hacıyev: Mediamız qlobal informasiya məkanında mövqeyini gücləndirəcək
11:59 22.07.2026
Hikmət Hacıyev: Mediamız qlobal informasiya məkanında mövqeyini gücləndirəcək
Yük daşıyıcılarına şad xəbər: Azərbaycan və Gürcüstan arasında yeni sistem işə düşdü
11:57 22.07.2026
Yük daşıyıcılarına şad xəbər: Azərbaycan və Gürcüstan arasında yeni sistem işə düşdü
AZAL Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün intellektual yarış təşkil edib
11:54 22.07.2026
AZAL Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün intellektual yarış təşkil edib
Ankarada təlim helikopteri qəzaya uğradı - yaralılar var
11:50 22.07.2026
Ankarada təlim helikopteri qəzaya uğradı - yaralılar var
Tofiq Mirzəyevin ölüm səbəbi bilindi
11:33 22.07.2026
Tofiq Mirzəyevin ölüm səbəbi bilindi
Arzumun cəzasının ağırlaşdırılması istənildi
11:21 22.07.2026
Arzumun cəzasının ağırlaşdırılması istənildi