Azərbaycanda çoxuşaqlı ailələrin sayı azalıb - təkuşaqlıların sayı artıb

Azərbaycanda çoxuşaqlı ailələrin sayı azalıb - təkuşaqlıların sayı artıb
SOSİAL
11:20 22.12.2021
294
"Azərbaycanda son illərdə ölkə üzrə doğum səviyyəsinin aşağı düşməsi müşahidə olunur".

AZXEBER.COM-un xəbərinə görə, bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Sosial Tədqiqatlar Mərkəzinin birgə həyata keçirdiyi "Azərbaycanda mövcud ailə münasibətləri: sosial-psixoloji təhlil” ictimai rəy sorğusu və sosioloji tədqiqatın nəticələrində əksini tapıb.

"Belə ki, çoxuşaqlı ailələrin sayının azalması və təkuşaqlıların sayının artması narahatlıq doğuran tendensiyalardandır. Təkuşaqlı ailələrin artmasının sosial-psixoloji səbəbləri də ön sıralardadır. Ailədə uşaqların sayının azalması ailənin reproduktiv və tərbiyə funksiyalarının müəyyən qədər pozulmasına dəlalət edir", - məlumatda vurğulanıb.
OXŞAR XƏBƏRLƏR