Azərbaycanda daha 226 nəfər koronavirusa yoluxdu, 588 nəfər sağaldı

SOSİAL
17:23 04.08.2020
2501
Azərbaycanda koronavirus infeksiyasına 226 yeni yoluxma faktı qeydə alınıb, 588 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə AZXEBER.COM-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış  5 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 32 910 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 28 348 nəfər müalicə olunaraq sağalıb, 473 nəfər vəfat edib, aktiv xəstə sayı 4 089-dır. 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6409, ötən müddət ərzində isə ümumilikdə 751 246 test aparılıb.

OXŞAR XƏBƏRLƏR

X Mostbet