Azərbaycanda daha 30 nəfər koronavirusa yoluxdu

Azərbaycanda daha 30 nəfər koronavirusa yoluxdu
SOSİAL
16:10 23.04.2020
2306
Azərbaycanda 30 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Operativ Qərargahdan AZXEBER.COM-y daxil olan məlumata görə, 41 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Hazırkı dövrədək ölkəmizdə 1548 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 948 nəfər müalicə olunaraq sağalmış, 20 nəfər vəfat edib, 580 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 16 nəfərin vəziyyəti ağır, 25 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

OXŞAR XƏBƏRLƏR