Azərbaycanda daha 347 nəfər koronavirusa yoluxdu, 531 nəfər sağaldı

Azərbaycanda daha 347 nəfər koronavirusa yoluxdu, 531 nəfər sağaldı
SOSİAL
16:37 23.07.2020
3301
Azərbaycanda COVID-19-a daha 347 yeni yoluxma qeydə alınıb, 531 nəfər sağalıb

AZXEBER.COM xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Qeyd olunub ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 28 980 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 20974 nəfər müalicə olunaraq sağalıb, 391 nəfər vəfat edib, 7615 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 829 test aparılıb. Bununla da ölkədə koronavirusla bağlı aparılan testlərin sayı 658782-ə çatıb.
OXŞAR XƏBƏRLƏR