Azərbaycanda daha 44 nəfərdə koronavirus aşkarlandı - 1 nəfər öldü

SOSİAL
15:50 24.04.2020
3073
Azərbaycanda 44 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Operatic Qərargahdan AZXEBER.COM-a daxil olan məlumata görə, 65 nəfər müalicə olunaraq sağalmış və evə buraxılıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış, arterial hipertenziya, aterosklerotik kardio skleroz, ürəyin işemik xəstəliyi olan 1935-ci il təvəllüdlü vətəndaş vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 1592 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 1013 nəfər müalicə olunaraq sağalmış, 21 nəfər vəfat etmiş, 558 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 16 nəfərin vəziyyəti ağır, 23 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 114.410 test aparılmışdır.

OXŞAR XƏBƏRLƏR

X Mostbet