Azərbaycanda koronavirus infeksiyasına yoluxan 6 nəfər xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalaraq evə buraxılıb.
AZXEBER.COM-a Operativ Qərargahdan daxil olan məlumata görə, hazırkı dövrədək ölkəmizdə 443 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 32 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib, 406 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.