Azərbaycanda daha bir ailə dəm qazından zəhərləndi

Azərbaycanda daha bir ailə dəm qazından zəhərləndi
SOSİAL
17:21 16.12.2019
4219
Qusar rayonunda bir ailə dəm qazından zəhərlənib.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Qalacıq kəndində baş verib.

Kənd sakinləri - 1987-ci il təvəllüdlü Şıxrəhimov Vaqif İslaməddin oğlu və onun həyat yoldaşı, 1989-cu il təvəllüdlü Şıxrəhimova Ceyran Murad qızı dəm qazından zəhərlənib. Hər iki şəxs gecə saatlarında yaxınlarının köməkliyi ilə Qusar rayon Mərkəzi Xəstəxanasına gətirilib. Həkimlərin səyi nəticəsində onların həyatını xilas etmək mümkün olub.
OXŞAR XƏBƏRLƏR