Göyçay rayonunda ər həyat yoldaşını öldürməyə cəhd edib.
Göyçay rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə rayonun Kürdəmiş kəndində baş verib.
Kənd sakini, 1976-cı il təvəllüdlü Həşimov Rəşad Fikrət oğlu həyat yoldaşı, 1987-ci il təvəllüdlü Kərimova Vüsalə Eyvaz qızı ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə R.Həşimov həyat yoldaşı V.Kərimovanı bıçaqlayıb. Bir neçə bıçaq zərbəsi alan V.Kərimova xəstəxanaya çatdırılıb və əməliyyat olunub.