Azərbaycanda daha bir məktəb distant təhsilə keçdi

Azərbaycanda daha bir məktəb distant təhsilə keçdi
SOSİAL
17:22 31.10.2021
1215
Samux rayonunda koronavirus səbəbindən bir orta məktəb distant təhsilə keçib.

Rayonun İnstitut qəsəbəsində fəaliyyət göstərən orta məktəbin dörd şagird, altı müəllim və bir texniki işçisində koronavirus infeksiyası aşkar olunub.

Qərara əsasən, məktəbdə əyani tədris 14 gün müddətinə dayandırılıb.

Bu müddət ərzində məktəbdə dərslər distant formada keçiriləcək.
 
///Bakupost.az
OXŞAR XƏBƏRLƏR