Koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizənin təşkil edilməsini təmin etmək və icrasına ciddi nəzarət edilməsi məqsədilə Nazirlər Kabinetinin tapşırıqlarına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində və Nazirliyin bütün struktur bölmələrində vətəndaşların qəbulu məhdudlaşdırılıb.
ƏƏSMN-dən verilən məlumata görə, Nazirlikdə və Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondu, Dövlət Məşğulluq Xidməti, Dövlət Əmək Müfəttişliyi Xidməti, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti və onların yerli qurumlarında, DOST Agentliyi və DOST mərkəzlərində, DOST İş Mərkəzində vətəndaşların fərdi və qrup halında qəbulu təxirə salınıb.
Bununla belə, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əmək müqaviləsi bildirişi”, "Ünvanlı yardım”, "Əlillik”, "Sığorta”, "Pensiya”, "Məşğulluq”, "E-Arayış” və s. altsistemləri vasitəsilə həmin istiqamətlərdə əhaliyə xidmətlərin elektron şəkildə göstərilməsi davam etdirilir.