Azərbaycanda daha bir tələbə dənizdə batdı - FOTO

Azərbaycanda daha bir tələbə dənizdə batdı - FOTO
SOSİAL
15:54 27.06.2022
621
Odlar Yurdu Universitetinin 3-cü kurs tələbəsi dənizdə boğulub.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə "Azərbaycan Universitetləri” feysbuk səhifəsində qeyd olunub. 

Bildirilib ki, 2001-ci il təvəllüdlü Əhmədov Novruz Elnur oğlu dənizdə çimərkən boğulub. O, Bakıda kirayədə yaşayırmış.

Həmçinin sosial şəbəkədə onun dostları ilə son yazışması paylaşılıb.

Qeyd edək ki, iyunun 24-də dənizdə daha bir tələbə batmışdı. 2003-cü il təvəllüdlü Bəylərov Eldar Qoşqar oğlu Gürcüstan universitetlərinin birində diş həkimliyi üzrə təhsil alırmış.
 

 

 



 


OXŞAR XƏBƏRLƏR