Azərbaycanda daha bir vəzifəli şəxs koronavirusa yoluxdu

Azərbaycanda daha bir vəzifəli şəxs koronavirusa yoluxdu
SOSİAL
12:42 25.06.2020
1807
Mingəçevir şəhər Təhsil şöbəsinin müdiri koronavirusa yoluxub.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, Mingəçevir şəhər Təhsil Şöbəsinin müdiri Sahib Məmmədovun koronavirusun müəyyən olunması üçün verdiyi testin nəticəsi pozitiv çıxıb.

Sahib Məmmədov APA-ya açıqlamasında faktı təsdiqləyib.

Koronavirus testinin nəticəsinin iyunun 22-də açıqlandığını, nəticənin pozitiv çıxdığını deyən S. Məmmədov vəziyyətinin o qədər də pis olmadığını bildirib: "İndiyədək evdə müalicə olunsam da, xəstəxanaya müraciət etməyi düşünürəm. Hazırda vəziyyətim o qədər də pis deyil".
OXŞAR XƏBƏRLƏR