Azərbaycanda daha bir vəzifəli şəxs koronavirusdan vəfat etdi

Azərbaycanda daha bir vəzifəli şəxs koronavirusdan vəfat etdi
SOSİAL
17:44 22.06.2020
3875
"Azərişıq” ASC-nin daha bir əməkdaşı koronavirusdan vəfat edib. 

AZXEBER.COM xəbər verir ki, oxu.az-ın əldə etdiyi məlumata görə, "Azərişıq” ASC-nin Enerji Satışı Departamentinin aparıcı mühəndisi Oqtay Musayev ölüb.

Mərhum bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilib. Bütün müdaxilələrə rəğmən, onun həyatını xilas etmək mümkün olmayıb.

O.Musayev dünən gecə həyatını itirib.

Qeyd  edək ki, bir neçə gün bundan əvvəl "Azərişıq” ASC-nin daha bir əməkdaşının da koronovirusdan ölməsi barədə məlumat vermişdik.
OXŞAR XƏBƏRLƏR