Ötən gecə Zərdabın Çallı kəndindəki yanğın zamanı ölən və yaralanan azyaşlıların fotoları yayılıb.
AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, 3-cü sinif şagirdi Əhmədli Gülayə Pərvin qızı və anası Əhmədova Pərvanə hadisə zamanı həlak olub.
Gülayənin qardaşı, 1-ci sinif şagirdi Əhmədli Gülməmməd və nənəsi isə ağır yanıq xəsarəti ilə Bakı şəhərinə aparılaraq xəstəxanaya yerləşdiriliblər.