Azərbaycanda dəhşətli hadisə: Ata oğlunun toyuna 1 gün qalmış özünü öldürdü

Azərbaycanda dəhşətli hadisə: Ata oğlunun toyuna 1 gün qalmış özünü öldürdü
SOSİAL
14:58 29.10.2021
2403
Qax rayonunda 60 yaşlı kişi oğlunun toyuna bir gün qalmış intihar edib.

AZXEBER.COM Qafqazinofo-ya istinadən xəbər verir ki, intihar hadisəsi bu gün səhər saatlarında Qax rayonunun Güllük kəndində baş verib. Belə ki, kənd sakini 1961-ci il təvəllüdlü Musayev Nadir Reyzullah oğlu özünü həyətdəki köməkçi tikilidən asıb. Onun hansı səbəbdən intihar etdiyi hələlik məlum deyil.

Qeyd edək ki, sabah, yəni oktyabrın 30-u Nadir Musayevin oğlu Yaqub Musayevin toy mərasimi keçiriləcəkmiş.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR