Azərbaycanda dəhşət: Avtomobili cərimə meydançasına salınan sürücü özünü yandırdı

Azərbaycanda dəhşət: Avtomobili cərimə meydançasına salınan sürücü özünü yandırdı
SOSİAL
13:55 14.11.2017
10818
Ağdamda avtomobili cərimə meydançasına salınan rayon sakini özünü yandırıb.

AZXEBER.COM Trend-a istinadən xəbər verir ki, hadisə rayonun Xıdırlı kəndində baş verib. Kənd sakini, 1970-ci il təvəllüdlü Bəhlul Əmirov avtomobili ilə hərəkət edərkən Ağdam rayon Yol Polisi şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, avtomobilin sənədləri yoxdur və maşının külli miqdarda ödənilməmiş cəriməsi var. Avtomobil B.Əmirovdan alınaraq cərimə meydançasına salınıb.

B.Əmirov avtomobili cərimə meydançasından çıxarmaq istəsə də, mümkün olmayıb. Şöbədən bildiriblər ki, avtomobilin cərimələri ödənilməli və sənədləri qaydasına salınandan sonra sahibinə qaytarılmalıdır.

B.Əmirov isə cəriməni ödəmədən avtomobili almağa cəhd edib. Cəhdləri boşa çıxan B.Əmirov evinə qayıdaraq yaşadığı evin həyətində üzərinə benzin tökərək özünə od vurub. O, ailə üzvlərinin köməkliyi ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanada yaralıya 2-ci dərəcəli yanıq xəsarətləri diaqnozu təyin edilib. Hazırda onun vəziyyəti orta ağır qiymətləndirilir.

Ağdam rayon Polis Şöbəsindən Trend-ə bildiriblər ki, B.Əmirovun avtomobili qanunsuz idarə edildiyi üçün cərimə meydançasındadır: "Şikayətçi bununla bağlı Baş Prokurorluğa və Ağdam rayon Prokurorluğuna müraciət edib. Müraciət araşdırılıb və avtomobilin qanun çərçivəsində saxlanıldığı müəyyən edilib. Lakin vətəndaş şikayətin araşdırılması ilə razılaşmayıb".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Aytəkinin övladı bu universitetə qəbul oldu - FOTO
17:12 26.08.2025
Aytəkinin övladı bu universitetə qəbul oldu - FOTO
Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 800-ə çatdı
16:55 26.08.2025
Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 800-ə çatdı
Əli Əsədov: 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya hazırlanır
16:51 26.08.2025
Əli Əsədov: 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya hazırlanır
Ramiz Rövşənin səhhətində problem yarandı
16:30 26.08.2025
Ramiz Rövşənin səhhətində problem yarandı
Mask tanınmış şirkətləri məhkəməyə verdi: Təzminat istəyir
16:19 26.08.2025
Mask tanınmış şirkətləri məhkəməyə verdi: Təzminat istəyir
Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət ünvanlanıb
16:17 26.08.2025
Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət ünvanlanıb
“Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi
16:12 26.08.2025
“Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi
Prezident ailəsinin yeni - FOTOSU
16:10 26.08.2025
Prezident ailəsinin yeni - FOTOSU
Tanınmış prödüser və ərinin öldürülməsinin təfərrüatları məlum oldu
16:06 26.08.2025
Tanınmış prödüser və ərinin öldürülməsinin təfərrüatları məlum oldu
"907-ci düzəlişin ləğvi Azərbaycanla ABŞ arasında yeni əməkdaşlıq dövrünün başlanğıcıdır"
15:52 26.08.2025
"907-ci düzəlişin ləğvi Azərbaycanla ABŞ arasında yeni əməkdaşlıq dövrünün başlanğıcıdır"
"Azərbaycan heç vaxt milli maraqlara zidd aralıq həll variantlarını qəbul etməyib"
15:33 26.08.2025
"Azərbaycan heç vaxt milli maraqlara zidd aralıq həll variantlarını qəbul etməyib"
Lisey və gimnaziyalarda II mərhələ seçimlərinə start verilir
15:24 26.08.2025
Lisey və gimnaziyalarda II mərhələ seçimlərinə start verilir
“Atamı ilk dəfə idi ki, ağlayan görürdüm...”
15:12 26.08.2025
“Atamı ilk dəfə idi ki, ağlayan görürdüm...”
İlk dəfə: reysqabağı yoxlama ödənişləri Yelo Bank-da!
15:01 26.08.2025
İlk dəfə: reysqabağı yoxlama ödənişləri Yelo Bank-da!
102 yaşlı alpinist Fuji dağına dırmaşdı - Ginnesin Rekordlar Kitabına düşdü
15:00 26.08.2025
102 yaşlı alpinist Fuji dağına dırmaşdı - Ginnesin Rekordlar Kitabına düşdü
Adnan Oktarın "kediciy"i soyadını dəyişdirdi - Müəllim oldu
14:57 26.08.2025
Adnan Oktarın "kediciy"i soyadını dəyişdirdi - Müəllim oldu