Azərbaycanda dəhşət: Dəmir yolundan keçmək istəyən piyadanı qatar vurdu

SOSİAL
14:42 17.02.2022
628
Kürdəmirdə dəmir yolundan keçmək istəyən piyadanı qatar vurub.

AZXEBER.COM report-a istinadən xəbər verir ki, hadisə rayonun Sığırlı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 44 yaşlı Azər Afin oğlu Babaşov dəmir yolundan keçmək istəyərkən onu qatar vurub.

Ağır xəsarət alan yaralı dərhal Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Yaralının vəziyyəti ağır olduğundan həkim nəzarətinə götürülüb.

Fakt araşdırılır.

OXŞAR XƏBƏRLƏR