Azərbaycanda dəhşət: qardaş 18 yaşlı bacını ürəyindən bıçaqladı

Azərbaycanda dəhşət: qardaş 18 yaşlı bacını ürəyindən bıçaqladı
SOSİAL
17:13 01.12.2016
1494
Bu gün Salyan rayonunda qətl törədilib.
 
Lent.az-ın məlumatına görə, rayonun Xurşud kəndindəki fərdi yaşayış evində 1998-ci il təvəllüdlü Hüseynova Fərqanə Rauf qızının meyiti tapılıb. Ürək nahiyəsindən bıçaq xəsarəti alan F. Əsədova hadisə yerində ölüb.
 
Dərhal hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. İlkin məlumata görə, 18 yaşlı qızı qardaşı, 1999-cu il təvəllüdlü Əkbər Əsədov bıçaqlayaraq öldürüb. Ə.Əsədov saxlanılıb. Ə. Əsədov könüllü olaraq özünü polisə təslim edib.
 
Faktla bağlı Salyan rayon Prokurorluğunda Cinyət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi iləcinayət işi açılıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR