Azərbaycanda dəhşət! - Sərxoş oğul atasını döyərək öldürdü

Azərbaycanda dəhşət! - Sərxoş oğul atasını döyərək öldürdü
SOSİAL
12:40 13.01.2023
157
Bakıda oğul atasını döyərək xəsarətlər yetirib, döyülən şəxs xəstəxanada ölüb.

AZXEBER.COM qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə yanvarın 8-də Xəzər rayonu Buzovna qəsəbəsində baş verib.

Qəsəbə sakini İbrahim İbrahimov döyülməsi nəticəsində aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilib. O, huşsuz vəziyyətdə olduğu üçün dindirilməsi mümkün olmayıb.

Polisin apardığı araşdırmalarla məlum olub ki, oğlu, əvvəllər məhkum olunmuş Azər İbrahimovun sərxoş vəziyyətdə atasını döyüb. İ.İbrahimov yanvarın 12-də xəstəxanada ölüb. Polisin keçirdikləri əməliyyat tədbirləri nəticəsində A.İbrahimov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR