Biləsuvar rayonunda dəhşətli hadisə baş verib.
AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun İsmətli kəndində qeydə alınıb.
Belə ki, həmin kənddə yaşayan 1992-ci il təvəllüdlü Gülər İmanzadə 1 yaşlı övladı Polad İmanzadəni su kanalına atıb. Nəticədə uşaq suda boğulub.
Hazırda hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.
Hadisənin təfərrüatı dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.