Azərbaycanda dəhşətli olay - 2 nəfər bayram tonqalına düşdü

SOSİAL
10:02 04.03.2020
2902
Gəncədə 14 yaşlı oğlan bayram tonqalına düşərək yanıq xəsarətləri alıb.

AZXEBER.COM APA-ya istinadla xəbər verir ki, hadisə şəhərin Şeyx Bahəddin küçəsində qeydə alınıb.

2006-cı il təvəllüdlü Mehdiyev Əli İlham oğlu ocağı yandırarkən ehtiyatsızlıqdan yanıb. 14 yaşlı oğlan dərhal xəstəxanaya çatdırılıb. Ona üzünün və əlinin 1-ci və 2-ci dərəcəli yanıq xəsarətləri diaqnozu qoyulub, vəziyyətinin kafi olduğu bildirilir.

Digər hadisə isə şəhərin Mikayıl Hüseynov küçəsində qeydə alınıb. 2006-cı il təvəllüdlü Abbasov Rəşad Rizvan oğlu tullanan zaman tonqala düşüb. O, dərhal yaxınları tərəfindən xəstəxanaya çatdırılıb və ona lazımi tibbi yardım göstərilib.

Xəstəyə sağ yuxarı ətrafın 1-ci və 2-ci dərəcəli yanıq diaqnozu qoyulub, vəziyyətinin orta ağır olduğu bildirilir.


OXŞAR XƏBƏRLƏR