Roma Papası XIV Leo bildirib ki, Rusiya-Ukrayna münaqişəsinin nəticələri təkcə onun iştirakçılarına deyil, həm də dünyanın taxıl idxalından asılı olan ən yoxsul ölkələrinə də təsir edir.
O, bu barədə ənənəvi bazar günü duasından sonra danışıb.
"Rusiya-Ukrayna münaqişəsi Ukrayna hüdudlarından çox kənara çıxan, xüsusən bir çoxlarının taxıl idxalından asılı olduğu ən yoxsul ölkələrdə əzablara səbəb olmaqda davam edir", - XIV Leo deyib.
Roma Papası münaqişə tərəflərini Qara dəniz vasitəsilə taxıl daşınmasının təhlükəsizliyinə zəmanət verməyə çağırıb.
"Milyonlarla insanın gündəlik çörəyi müharibənin girovuna çevrilə bilməz", - XIV Leo vurğulayıb.
///report///











































