Roma Papası Qara dəniz vasitəsilə taxıl ixracının təhlükəsizliyini təmin etməyə çağırıb

Roma Papası Qara dəniz vasitəsilə taxıl ixracının təhlükəsizliyini təmin etməyə çağırıb
DÜNYA
18:18 11.10.2026
161
Roma Papası XIV Leo bildirib ki, Rusiya-Ukrayna münaqişəsinin nəticələri təkcə onun iştirakçılarına deyil, həm də dünyanın taxıl idxalından asılı olan ən yoxsul ölkələrinə də təsir edir.

O, bu barədə ənənəvi bazar günü duasından sonra danışıb.

"Rusiya-Ukrayna münaqişəsi Ukrayna hüdudlarından çox kənara çıxan, xüsusən bir çoxlarının taxıl idxalından asılı olduğu ən yoxsul ölkələrdə əzablara səbəb olmaqda davam edir", - XIV Leo deyib.

Roma Papası münaqişə tərəflərini Qara dəniz vasitəsilə taxıl daşınmasının təhlükəsizliyinə zəmanət verməyə çağırıb.

"Milyonlarla insanın gündəlik çörəyi müharibənin girovuna çevrilə bilməz", - XIV Leo vurğulayıb.
 
///report///
OXŞAR XƏBƏRLƏR