Salyanda ağır yol qəzası olub.
AZXEBER.COM apa-ya istinadən xəbər verir ki, hadisə Ələt-Astara yolunda, Salyan rayonunun Kürsəngi kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, qəza zamanı 3 nəfər ölüb, xəsarət alanlar var.
Hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili yardım briqadaları cəlb olunub.