Azərbaycanda dəhşətli qəza: İki avtomobil toqquşdu, biri külə döndü - Ölənlər var

Azərbaycanda dəhşətli qəza: İki avtomobil toqquşdu, biri külə döndü - Ölənlər var
SOSİAL
09:05 25.04.2023
167
Sabirabadda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM apa-ya istinadən xəbər verir ki,  hadisə Sabirabad rayonunun Nərimankənd kəndində qeydə alınıb.

VAZ-2107 və "Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində VAZ yanıb. Hadisə nəticəsində VAZ-2107-nin sürucüsü, 1982-ci il təvəllüdlü Abdullayev Emin Eynulla oğlu və sərnişin, 1993-cü il təvəllüdlü Rzayev Elşad Əlsafa oğlu həlak olub.

Onların hər ikisi Sabirabadın Nərimankənd kəndinin sakinləridir.
Faktla bağlı araşdırma aparılır.
 

 

 

 


OXŞAR XƏBƏRLƏR