Azərbaycanda dəhşətli qəza: Polis öldü, hərbçi yaralandı - FOTO

SOSİAL
09:44 18.05.2020
2594
Bərdədə ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

AZXEBER.COM-un Qafqazinfo-ya istinadən verdiyi məlumatına görə, hadisə rayonun H.Əliyev prospektində körpünün üzərində baş verib.

Qəza zamanı bir nəfər ölüb, iki nəfər xəsarət alıb. 

Ölən şəxs - 1983-cü il təvəllüdlü Məmmədov Elgün Elbrus oğludur. O, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşı olub.

Xəsarət alanlardan biri - 1991-ci il təvəllüdlü hərbçi Əliyev Asif Firdovsi oğludur. O, Bərdə rayonu Ağalı kənd sakinidir. 

Digər yaralı isə 1989-cu il təvəllüdlü Gəncə şəhər sakini Mustafayev İsa Abış oğludur. 

Faktla bağlı araşdırma aparılır.
 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR