Şəmkir rayonunda qəzaya düşən avtobus müntəzəm sərnişindaşıma fəaliyyəti göstərməyib.
Bunu trend-ə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova deyib.
Qurum sözçüsü bildirib ki, avtobus tikintidə işləyən şəxsləri daşıyırmış:
"20-EA-747 dövlət nömrə nişanlı mikroavtobus fərdi şəkildə hansısa şirkətlə müqavilə əsasında fəaliyyət göstəri. O, yaxınlıqdakı tikinti sahəsində çalışan şəxsləri daşıyarkən minik avtomobili ilə toqquşub. Ölən şəxslər isə minik avtomobilinin sərnişinləri olub".
Xatırladaq ki, bu gün Şəmkir rayonunda marşrut avtobusu "VAZ 2107" markalı avtomobillə toqquşaraq aşıb. Hadisə nəticəsində 3 nəfər ölüb, 11 nəfər yaralanıb.
-----------
17:38
Şəmkir rayonunda sərnişin avtobusunun "VAZ 2107" markalı avtomobillə toqquşması nəticəsində xəsaərt alan şəxslərin kimliyi məlum olub.
Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində 9 nəfər xəsarət alıb. Yaralananlar Şəmkir və Samux rayon sakinləridir.
Xəsarət alanlar 2004-cü il təvəllüdlü Gülməmmədova Gülbahar Qüdrət qızı, 1954-cü il təvəllüdü Qəmbərova Gülsənəm İslam qızı, 1986-cı il təvəllüdlü Süleymanova Dürdanə Malik qızı, 1976-cı il təvəllüdlü Yahyayeva Ruhiyyə Rafiq qızı, 1967-ci il təvəllüdlü Məmmədova İradə Abdulla qızı, 1938-ci il təvəllüdlü Mamayeva Rübabə Hüseyn qızı, 1982-ci il təvəllüdlü Nəsibova Saidə Kamandar qızı, 1964-cu il təvəllüdlü Gülməmmədova Zinyət Qürbət qızı,1986-cı il təvəllüdlü Həmzəyeva Nərgiz Arzuxan qızı, 1989-cu il təvəllüdlü Qarayeva Qürbət Vidadi qızıdır.
Adları qeyd olunan şəxslər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəmkir Rayon Mərkəzi xəstəxanasına yerləşdiriliblər.
Xatırladaq ki, bu gün Şəmkir rayonunda marşrut avtobusu "VAZ 2107" markalı avtomobillə toqquşaraq aşıb.
Hadisə nəticəsində 3 nəfər ölüb, 9 nəfər xəsarət alıb. Yaralılardan 1-nin vəziyyəti ağır, qalanların vəziyyəti orta-ağırdır.
---------
17:05
Şəmkir rayonunda sərnişin avtobusunun "VAZ 2107" markalı avtobusla toqquşması nəticəsində ölən şəxslərin kimliyi məlum olub.
Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində "VAZ 2107" markalı maşında olan 1 ailənin 3 üzvü dünyasını dəyişib.
Hadisə nəticəsində ölən şəxslər- sürücü, 1966-cı il təvəllüdlü Gülməmmədov Vidadi Zirəddin oğlu, anası, 1945-ci il təvəllüdlü Gülməmmədova Sücaət Seyidəli qızı və sürücünün nəvəsi, 2016-cı il təvəllüdlü Gülməmmədov Ayxan Qüdrət oğludur.
Xatırladaq ki, bu gün Şəmkir rayonunda marşrut avtobusu "VAZ 2107" markalı avtomobillə toqquşaraq aşıb.
Hadisə nəticəsində 3 nəfər ölüb, 9 nəfər xəsarət alıb.
-------
16:50
Şəmkir rayonunda sərnişin avtobusunun aşması nəticəsində 9 nəfər xəstəxanaya yerləşdirilib.
Milli.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Şəmkir rayon Mərkəzi Xəstəxanasının baş həkimi Ayaz İbrahimov deyib.
Baş həkim bildirib ki, hazırda xəstələrdən 4 nəfər reanimasiyada, 5-i isə palata şəraitində müalicə olunur: "Hadisə nəticəsində 3 nəfər dünyasını dəyişib. Xəsarət alanlardan 1-nin vəziyyəti ağır, qalanların vəziyyəti orta-ağırdır".
Xatırladaq ki, Şəmkir rayonu ərazisində, Şəmkir-Qaracəmilli yolunda hərəkətdə olan sərnişin avtobusu idarəetməni itirərək aşıb.
--------
16:23
Şəmkir rayonu ərazisində baş verən avtobus qəzası nəticəsində 3 nəfər dünyasını dəyişib.
Səhiyyə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, hadisə nəticəsində 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb: "Yaralılar Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralılardan 1-nin vəziyyəti ağır, 6-sının vəziyyəti isə orta ağır qiymətləndirilir. Hazırda xəstələrə tibbi yardım göstərilir".
Xatırladaq ki, Şəmkir rayonunun Qaracəmilli kəndində Şəmkir-Qaracəmilli marşrutu üzrə hərəkət edən avtobus yoldan çıxaraq aşıb.
Faktla bağlı araşdırma aparılır.