Azərbaycanda deputatın adından ‘facebook’da əxlaqsız sözlər yazıldı

SİYASƏT
13:11 19.06.2013
2333

“Dünən gecə məlumat aldım ki bir tərbiyəsiz mənim adım və fotomla səhifə acıb və müxalif gənclərlə ən tərbiyəsiz və əxlaqsız ifadələrlə dialoqa girib”

Millət vəkilinin adından facebook-da saxta səhifə yaradılıb.

AZXEBER.COM-un məlumatına görə, bu haqda millət vəkili Etibar Hüseynov Facebook səhifəsində yazıb. “Dünən gecə məlumat aldım ki, bir tərbiyəsiz mənim adım və fotomla səhifə acıb və müxalif gənclərlə ən tərbiyəsiz və əxlaqsız ifadələrlə dialoqa girib. Bundan xəbər tutan kimi həmin şəxsə məktub yazıb səhifəni pozdurdum. Bu gün hüquq mühafizə orqanlarına müraciət edib bu şərəfsizi dünyaya gəldiyinə görə peşiman eləmək fikrim də var. Mənim adımdan kimlərsə də təhqir olunubsa da -kimliyindən asılı olaraq-onlara üzrxaqlığlmı catdırıram. Bir daha bildirmək istəyirəm ki mən həmişə sözü üzə demişəm. Kimlərsə kimi başqa imza altında gizlənib arvad kimi mübarizə aparmamışam. Facebookda isə mənə hədəqorxu və təhqir göndərənlərə isə heç vaxt cavab vermirəm. Hərə öz tərbiyəsini göstərir", - Etibar Hüseynov yazıb.

OXŞAR XƏBƏRLƏR