Azərbaycanda deputatlara qarşı tələblər sərtləşdirilir

Azərbaycanda deputatlara qarşı tələblər sərtləşdirilir
SOSİAL
13:23 20.04.2017
792

 

Milli Məclis üzvünün parlamentdaxili məsuliyyəti ilə bağlı tələblər artırılıb.

Bu, Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin 45-ci (Milli Məclis deputatının parlamentdaxili məsuliyyətinin əsasları) və 46-cı ( Parlamentdaxili məsuliyyətə cəlb olunan Milli Məclisin deputatına tətbiq edilən intizam tədbirləri) maddəsinə təklif olunan yenilikdə göstərilib.

Layihəyə əsasən, Nizamnamənin 45-ci maddəsinə deputatın parlamentdaxili məsuliyyəti ilə bağlı aşağıdakı tələblər əlavə olunur:

- Konstitusiyanın 93-cü maddəsinin III hissəsinin tələbini pozduqda;

- Deputat üçün qanunla müəyyən edilmiş etik davranış qaydalarını pozduqda;

Maddədə hazırda qüvvədə olan tələblər isə bunlardır:

- Milli Məclisin və onun komitə və komissiyalarının iclaslarının aparılmasına mane olduqda;

-  Milli Məclisin və onun komitə və komissiyalarının iclaslarında çıxış edənlərin sözünü kəsdikdə;

- Milli Məclisin və onun komitə və komissiyalarının iclaslarının normal gedişini və iş qaydasını pozduqda;

- Milli Məclisin və onun komitə və komissiyalarının iclaslarında insanın şərəf və ləyaqətini alçaldan kobud, təhqiramiz sözlərə və hərəkətlərə yol verdikdə, qanunsuz hərəkətlərə çağırdıqda;

- Milli Məclis deputatının yüksək adına xələl gətirən hərəkətlər etdikdə;

- "Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda);

- Milli Məclisin və onun komitə və komissiyalarının iclaslarında üzrsüz səbəbdən iştirak etmədikdə

Deputat parlamentdaxili məsuliyyətə cəlb oluna bilər.

Təklif olunan tələblərə əsasən isə Milli Məclisin deputatı ilə bağlı aşağıdakı intizam tədbiri də əlavə olunur:

- Deputatın mandatdan məhrum edilməsi;

Maddənin hazırda qüvvədə olan variantında intizam tədbirləri bunlardır:

- xəbərdarlıq;
 
- söz kəsmə;

- iclas salonundan çıxarma;

- töhmət;

- deputat səlahiyyətlərinin itirilməsi.

Layihə parlamentin birgə komitələrinin bugünkü iclasında müzakirəyə çıxarılır.

///Apa
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Herş: ABŞ Qəzzada qalan girovların yeri barədə məlumat alıb
06:06 15.08.2025
Herş: ABŞ Qəzzada qalan girovların yeri barədə məlumat alıb
Bloomberg: Alyaskada görüş keçirmək qərarı ABŞ Məxfi Xidməti üçün çətinlik yaradıb
04:01 15.08.2025
Bloomberg: Alyaskada görüş keçirmək qərarı ABŞ Məxfi Xidməti üçün çətinlik yaradıb
İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirib
02:40 15.08.2025
İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirib
Putin Trampla görüşmək üçün Alyaskaya gedir - Rusiya tarixində ilk
02:01 15.08.2025
Putin Trampla görüşmək üçün Alyaskaya gedir - Rusiya tarixində ilk
İran nüvə obyektlərini yoxlamaq istəyən BAEA-ya şərt qoyub
01:31 15.08.2025
İran nüvə obyektlərini yoxlamaq istəyən BAEA-ya şərt qoyub
Arda Turan qırmızı vərəqə aldı, klubu məğlub oldu
01:03 15.08.2025
Arda Turan qırmızı vərəqə aldı, klubu məğlub oldu
Nikol Paşinyan: “”Tramp yolu” sülhə gedən yoldur”
00:58 15.08.2025
Nikol Paşinyan: “”Tramp yolu” sülhə gedən yoldur”
“Azərbaycan Tibb Universitetində 6500 manatlıq keyfiyyətdə təhsil mövcuddurmu?”
00:49 15.08.2025
“Azərbaycan Tibb Universitetində 6500 manatlıq keyfiyyətdə təhsil mövcuddurmu?”
Bütün dünyanın gözü Alyaskadadır - Bu gün nələr olacaq?
00:46 15.08.2025
Bütün dünyanın gözü Alyaskadadır - Bu gün nələr olacaq?
“Mənim işim gələcəkdə yüzlərlə qız üçün ilham mənbəyi olacaq” - Səmra
00:29 15.08.2025
“Mənim işim gələcəkdə yüzlərlə qız üçün ilham mənbəyi olacaq” - Səmra
“Beşiktaş” 19 yaşlı futbolçunu transfer etdi
00:26 15.08.2025
“Beşiktaş” 19 yaşlı futbolçunu transfer etdi
“Sülh üçün Vaşinqtona müraciət etməyiniz nə vacibdir? - Xamneyinin müşaviri Ermənistandan da narazıdır
00:22 15.08.2025
“Sülh üçün Vaşinqtona müraciət etməyiniz nə vacibdir? - Xamneyinin müşaviri Ermənistandan da narazıdır
“Propaqanda itlərini Azərbaycanın üstünə qısqırdanlar bilməlidirlər ki…” - Deputat
00:15 15.08.2025
“Propaqanda itlərini Azərbaycanın üstünə qısqırdanlar bilməlidirlər ki…” - Deputat
“Beşiktaş” Konfrans Liqasının pley-offuna vəsiqə qazandı
00:07 15.08.2025
“Beşiktaş” Konfrans Liqasının pley-offuna vəsiqə qazandı
Rusiya azad deyil, müstəqil deyil - Mirşahin Ağayev yazır
00:03 15.08.2025
Rusiya azad deyil, müstəqil deyil - Mirşahin Ağayev yazır
Türkiyə və İran XİN rəsmiləri regional məsələləri müzakirə etdilər
23:54 14.08.2025
Türkiyə və İran XİN rəsmiləri regional məsələləri müzakirə etdilər