Azərbaycanda din xadimləri bu hallarda vəzifədən azad ediləcək

Azərbaycanda din xadimləri bu hallarda vəzifədən azad ediləcək
SOSİAL
13:28 07.05.2022
311
Azərbaycanda İslam din xadimlərinin vəzifədən azad edilməsi qaydası müəyyənləşib.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, bu barədə məsələ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən təsdiq edilən "İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası"nda əksini tapıb.

Qaydalara əsasən, Din xadimi aşağıdakı əsaslar olduqda Komitə sədrinin əmri ilə tutduğu vəzifədən azad edilir:

- öz arzusu ilə;

- attestasiyadan keçmədikdə, habelə ardıcıl olaraq 2 (iki) dəfə attestasiyada üzrlü səbəb olmadan iştirak etmədikdə;

- Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə və ya Azərbaycan Respublikasından daimi yaşayış üçün başqa ölkəyə köçdükdə;

- əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar əmək funksiyasını yerinə yetirə bilmədikdə;

- cinayət törətdikdə barəsində məhkəmənin qanuni qüvvəyə minmiş hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qanuni qüvvəyə minmiş qərarı olduqda;

- vəfat etdikdə, habelə məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə;
 
- dövlət orqanlarına seçildikdə və ya təyin olunduqda;

- fəaliyyətində, o cümlədən moizələrin (xütbələrin) oxunmasında "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri pozulduqda, habelə dini və sosial ayrı-seçkilik, məzhəbçilik və digər qanunazidd hallar aşkar edildikdə;

- fəaliyyətində mənəvi dəyərlərə, etik-əxlaqi prinsiplərə, habelə din xadimi fəaliyyətinə zidd hərəkətlər aşkar edildikdə;

- xarici dövlətlər və təşkilatlar, habelə əcnəbi və vətəndaşlığı olmayan şəxslərdən hər hansı formada yardım aldıqda;

- xarici dövlətlər və təşkilatlar, habelə əcnəbi və vətəndaşlığı olmayan şəxslər qarşısında öhdəliyi yarandıqda.

Din xadimi tutduğu vəzifədən azad edilməsi barədə əmrdən inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət edə bilər.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pakistan açıqladı: Əfqanıstan tərəfinin itkiləri 1500 nəfəri keçib
05:41 16.03.2026
Pakistan açıqladı: Əfqanıstan tərəfinin itkiləri 1500 nəfəri keçib
Kubada etirazçılar inzibati binaları dağıdır, saxlanılanlar var
04:24 16.03.2026
Kubada etirazçılar inzibati binaları dağıdır, saxlanılanlar var
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
02:32 16.03.2026
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
01:39 16.03.2026
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
01:07 16.03.2026
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
00:24 16.03.2026
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
00:07 16.03.2026
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
23:53 15.03.2026
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
Daha bir güləşçimiz Avropa çempionu oldu
23:40 15.03.2026
Daha bir güləşçimiz Avropa çempionu oldu
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
23:34 15.03.2026
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
23:24 15.03.2026
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
23:07 15.03.2026
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
23:03 15.03.2026
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
22:55 15.03.2026
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
Qubada müəllim dəm qazından boğularaq ölüb
22:44 15.03.2026
Qubada müəllim dəm qazından boğularaq ölüb
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu
22:28 15.03.2026
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu