Azərbaycanda dönrəxanada partlayış: Xəsarət alanlar var

Azərbaycanda dönrəxanada partlayış: Xəsarət alanlar var
SOSİAL
11:42 07.12.2023
294
Ağcabədi şəhərində ümumi sahəsi 24 m² olan dönərxanada yanğınla nəticələnən partlayış hadisəsi baş verib.

Bu barədəAZXEBER.COM-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Yanğın nəticəsində dönərxananın dam örtüyünün taxta atmaları 10 m² sahədə yanıb.

Hadisə zamanı 2 nəfər yanıq xəsarəti alıb. Dönərxananın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
OXŞAR XƏBƏRLƏR