Azərbaycanda dollar BAHALAŞACAQ?

Azərbaycanda dollar BAHALAŞACAQ?
İQTİSADİYYAT
00:24 06.02.2024
982
Valyuta hərraclarında dollara tələbin yenidən yüksəlməsi müşahidə olunub. Fevralın 1-də keçirilən hərracda 78.7 milyon dollarlıq sifariş qeydə alınıb. 2 gün öncə isə daha 64.2 milyon dollar satılmışdı. Bu son 2 hərracda 142.9 milyon dolların satılması deməkdir.

Qeyd edək ki, yanvar ayının 25 və 23 tarixlərində keçirilən hərraclarda sifariş ayrı-ayrılıqda 50 milyon dollara çatmırdı. Bu isə ondan xəbər verir ki, son günlər dollara tələb artıb. Bunun psixoloji tərəfləri olsa da valyuta bazarında volatillik ehtimalı ilə bağlı yayılan xəbərlər də tələbi gücləndirir.

Doğrudur, Azərbaycanda idxalın artması da dollara tələbi yüksəldir. Belə ki, 2023-cü ilin ilk 11 ayında Azərbaycan idxalı əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 5.1 faiz artaraq 15.8 milyard dollara çatıb. İllik rekord idxalın qeydə alınacağı istisna deyil.

Belə olan təqdirdə isə cəmiyyətdə dolların bahalaşacağı və manatın məzənnəsinin isə dəyişəcəyi ehtimal olunur. Bəs gözləntilər özünü doğrulda bilər?

Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli Referans.az-a açıqlamasında bildirib ki, hazırda dolların kəskin bahalaşacağı ilə bağlı səsləndirilən fikirlər əsassızdır:

"Azərbaycanda valyuta məzənnəsinin dünya bazarları ilə heç bir əlaqəsi yoxdur. Bizdə valyutanın məzənnəsi hökumət və Mərkəzi Bank tərəfindən inzibati qaydada müəyyənləşir. Valyuta hərraclarında dollara tələbin artması təbiidir. Hər dəfə ilin sonunda və əvvəlində bu artımı görürük, yay aylarında bir daha bunun şahidi olacağıq. Əvvəlki illərdə tələb bundan da artıq olub, dolların satış həcmi daha yüksək olub. Bu hökumətin qərarından asılıdır. Sabah da qaldıra bilərlər, heç qaldırmaya da bilərlər. Bunun dünyada gedən heç bir proseslə əlaqəsi yoxdur”.

İqtisadçı qeyd edib ki, manat üzən məzənnə rejimində fəaliyyət göstərən valyuta deyil, Azərbaycanda inzibati məzənnə rejimidir və bunlar inzibati qaydada tənzimlənir. Onun sözlərinə görə, bu il Azərbaycanda hər hansı məzənnə dəyişikliyinin olacağı gözlənilən deyil: "Çünki bu il ard-arda seçkilər ilidir. Qarşıdan parlament və bələdiyyə seçkiləri gəlir. Buna görə də bu il manatın məzənnəsinin dəyişəcəyi gözlənilən deyil. Amma bu o demək deyil ki, Azərbaycan manatı həmişə belə sabit qalacaq. Gələn ili sonu və ya 2026-cı ildə bununla bağlı hansısa qərarlar verilə bilər”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Veysəloğlu-Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir
14:58 16.09.2025
“Veysəloğlu-Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir
Qarabağ qazisi Assosiasiya sədri seçildi - Hesabat seçki yığıncağı
14:50 16.09.2025
Qarabağ qazisi Assosiasiya sədri seçildi - Hesabat seçki yığıncağı
Azərbaycan və BƏƏ prezidentlərinin geniş tərkibdə görüşü olub, sənədlər mübadilə edilib
14:48 16.09.2025
Azərbaycan və BƏƏ prezidentlərinin geniş tərkibdə görüşü olub, sənədlər mübadilə edilib
Azərbaycan televiziyalarında yeni mövsüm başladı - Ciddi dəyişiklik olmadı
14:43 16.09.2025
Azərbaycan televiziyalarında yeni mövsüm başladı - Ciddi dəyişiklik olmadı
“Bu Avropa İttifaqı ölkələri üçün fəlakət ola bilər” - Deputat
14:17 16.09.2025
“Bu Avropa İttifaqı ölkələri üçün fəlakət ola bilər” - Deputat
Azərbaycan və BƏƏ prezidentlərinin təkbətək görüşü olub
14:13 16.09.2025
Azərbaycan və BƏƏ prezidentlərinin təkbətək görüşü olub
Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
14:12 16.09.2025
Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq
13:51 16.09.2025
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq
Azərbaycan və BƏƏ prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTOLAR
13:41 16.09.2025
Azərbaycan və BƏƏ prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTOLAR
“Nəticədən asılı olmayaraq qurban kəsəcəm” - Deputat “Benfika” - “Qarabağ” matçı haqda danışdı
13:38 16.09.2025
“Nəticədən asılı olmayaraq qurban kəsəcəm” - Deputat “Benfika” - “Qarabağ” matçı haqda danışdı
İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI
13:36 16.09.2025
İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI
Sentyabrın 21-də Günəş tutulması olacaq
13:30 16.09.2025
Sentyabrın 21-də Günəş tutulması olacaq
Nəsimi rayonunda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb
13:20 16.09.2025
Nəsimi rayonunda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
13:07 16.09.2025
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva
12:52 16.09.2025
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir
12:48 16.09.2025
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir