Azərbaycanda dollar kreditlərinə görə gələn il də kompensasiya ödəniləcək

İQTİSADİYYAT
12:08 06.11.2021
900
Gələn il Azərbaycanda dövlət büdcəsindən fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı kompenasiya ödənişlərinin həyata keçirilməsi üçün 9,5 milyon manat vəsait ayrılacaq.

"Report"un xəbərinə görə, bu məsələ "2022-ci il dövlət büdcəsi zərfi haqqında” qanun layihəsində əksini tapıb.

Bundan başqa, sənədə əsasən, sahbikarlıq subyektlərinin kreditlərinə dövlət dəstəyinin verilməsinə görə 9,3 milyon manat vəsait nəzərdə tutulub. Beləliklə, 2 maddə üzrə dövlət xərcləri 18,8 milyon manat təşkil edəcək.
OXŞAR XƏBƏRLƏR