Azərbaycanda dollar və rubl bahalaşıb, avro ucuzlaşıb

İQTİSADİYYAT
09:35 27.08.2015
1691

Bu gün avqustun 26-sı ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə bir qədər möhkəmlənib.

AZXƏBƏR.COM  verir ki, "APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) avqustun 27-na olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0008 manat və ya 0,08% artaraq 1,0475 manata yüksəlib.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0174 manat və ya 0,44% azalaraq 1,1885 manat olub.

Manata nəzərən Rusiya rublu 0,0001 manat və ya 0,66% bahalaşaraq 0,0152 manat olub.

OXŞAR XƏBƏRLƏR