Azərbaycanda dövlət bir şagirdin təhsilinə 7 min manat ayırır

Azərbaycanda dövlət bir şagirdin təhsilinə 7 min manat ayırır
SOSİAL
11:57 15.12.2023
526
Xəbər verdiyimiz kimi, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Azərbaycan müəllimlərinin XVI Qurultayı keçirilir.
 
AZXEBER.COM xəbər verir ki, qurultayda təhsil sahəsinə aid bir çox mühüm məsələlər haqda geniş məlumat verilib.
 
Tədbirdə çıxış edən Elm və Təhsil Naziri Emin Əmrullayev ümumitəhsildə yeni maliyyələşmə mexanizmlərinə ehtiyac duyulduğunu deyib. O dövlətin hər bir şagirdin təhsil alması üçün ayırdığı vəsaiti açıqlayıb 
 
Nazir bildirib ki, 0-30 şagird sayı olan 477 müəsisə var ki, orada 7 min şagird təhsil alır. Hər şagirdin təhsil ehtiyac meyyarı 7 min manat hesablanıb. 
 
Şagird sayı 2000-den çox olan 103 müəsisə var ki, həmin məktəblərdə 281 min şagird təhsil lır. Hər şagirdin təhsil alması üçün dövlət tərəfindən 1200 manat pul ayrılır.
 
Günel
 

OXŞAR XƏBƏRLƏR