Azərbaycanda dövlət internet provayderi çökdü

Azərbaycanda dövlət internet provayderi çökdü
SOSİAL
22:06 10.11.2016
1171
Artıq 3 gündür Bakinternet öz müştərilərinə internet xidmətlərini praktik olaraq dayandırıb.
 
Bakının bir çox ərazilərində bu provayderin xidmətindən istifadə edən abunəçilər hər gün 20-30 dəfə fasilə ilə üzləşirlər. Provayder öz müştərilərinin şikayətlərinə "texniki problem var, həll ediləcək" şəklində qeyri-müəyyən cavabla reaksiya verir. Məlumat üçün qeyd edək ki, Bakinternet dövlət provayderidir, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin strukturudur və faktiki olaraq Rabitə Nazirliyinə məxsusdur. Provayder dünyada ən yüksək qiymətlərlə və ən aşağı keyfiyyətlə xidmət göstərsə də, Rabitə Nazirliyi Bakının bir sıra ATS-lərində bu provayderin inhisarçı mövqeyini himayə edir. Xüsusən də rabitə naziri vəzifəsinə Ramin Quluzadənin təyinatından sonra vəziyyət daha da pisləşib. Əvvəllər Bakinternet əldə etdiyi nəhəng pulların cüzi hissəsini olsa da belə, real sərmayələrə yönəldirdi.
 
Amma Ramin Quluzadənin nazir vəzifəsinə təyinatından sonra Bakinternet-in əhalidən yığdığı pullar son qəpiyinə qədər Rabitə Nazirliyinin "süfrəsində salat" olaraq istifadə edilir. Son 3 gün ərzində Bakinternet-in fəaliyyəti ilə bağlı yaranmış kütləvi narazılığa baxmayaraq, Rabitə Nazirliyi xidmətin keyfiyyətinin artırılması və bu provayderin inhisarçılığına son qoyulması istiqamətində heç bir tədbir görməyib. Bütün başqa provayderlərə paytaxtın bir sıra ATS-lərində xidmət göstərmək qadağan edilib.
 
Bakinternet isə təchizatla bağlı üzərinə düşən vəzifələrin öhdəsindən gələ bilmir. Yaranmış böhranla bağlı Rabitə Nazirliyi, həmçinin İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin mövqeyini öyrənib dərc edəcəyik. "Bizim Yol"
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO
23:54 19.07.2025
Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO
Paolo von Şirak: Azərbaycan inkişaf edən gənc və gələcəyi parlaq ölkədir - VİDEO
23:46 19.07.2025
Paolo von Şirak: Azərbaycan inkişaf edən gənc və gələcəyi parlaq ölkədir - VİDEO
Aİ bu tarixdən benzinlə işləyən avtomobilləri qadağan edəcək
23:37 19.07.2025
Aİ bu tarixdən benzinlə işləyən avtomobilləri qadağan edəcək
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
23:21 19.07.2025
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
23:06 19.07.2025
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
22:52 19.07.2025
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
22:42 19.07.2025
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
22:24 19.07.2025
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
22:05 19.07.2025
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
21:54 19.07.2025
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
21:43 19.07.2025
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
21:39 19.07.2025
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
21:33 19.07.2025
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
21:27 19.07.2025
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
21:06 19.07.2025
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik
21:02 19.07.2025
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik