Azərbaycanda ehtiyatdan çağırılan hərbçilərlə bağlı RƏSMİ AÇIQLAMA

Azərbaycanda ehtiyatdan çağırılan hərbçilərlə bağlı RƏSMİ AÇIQLAMA
SOSİAL
12:20 18.04.2023
1001
Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü il üçün hazırlıq planına əsasən, "N" hərbi hissəsində bir qrup hərbi vəzifəlilərin təlim toplanışı keçirilir.

Bu barədə AZXEBER.COM-a nazirlikdən bildirilib.

Ehtiyatdan çağırılan hərbi vəzifəlilər toplanış məntəqəsinin qərargahında müvafiq qeydiyyatdan və həkim müayinəsindən keçdikdən sonra hərbi geyim, həmçinin digər təminat növləri ilə təmin olunublar.

Hərbi vəzifəlilərin cəlb olunduğu toplanışın əsas məqsədi onların döyüş vərdişlərini, hərbi ixtisas və təcrübələrini təkmilləşdirməklə yanaşı, ordumuzun arsenalında olan müasir silah və hərbi texnika ilə yaxından tanış etmək, istismar qaydalarını öyrətməkdir.
 

 

 

 

 



OXŞAR XƏBƏRLƏR