Azərbaycanda əkiz qardaşlar mülk üstündə dava etdi - Biri digərinin başını kəsdi

Azərbaycanda əkiz qardaşlar mülk üstündə dava etdi - Biri digərinin başını kəsdi
SOSİAL
17:18 07.07.2023
362
Xaçmaz rayonunda əkiz qardaşların meyitinin tapılmasının təfərrüatı məlum olub.
 
AZXEBER.COM report-a istinadən xəbər verir ki, Bakı şəhər sakini - 1992-ci il təvəllüdlü İsgəndərov Orxan Mirzə oğlu Xaçmazın Yalama qəsəbəsi, Meşəli kəndində babasına məxsus mülkün ona aid olduğunu bildirib.
 
Daha sonra onun əkiz qardaşı Kamranla arasında əlbəyaxa dava düşüb. Bu zaman qardaşlardan biri bıçaqla digərinin başını kəsib, sonra özünə xəsarət yetirib. Nəticədə hər iki şəxs ölüb.
 
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
OXŞAR XƏBƏRLƏR