Azərbaycanda ən dəqiq vaxt buradadır

Azərbaycanda ən dəqiq vaxt buradadır
SOSİAL
20:42 22.03.2026
283
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutu (AzMİ) tərəfindən ölkədə vaxt etalonunun tətbiqi istiqamətində mühüm addım atılıb.

AZXEBER.COM xəbər verir ki, Dənizkənarı Milli Parkda yerləşən Saat qülləsində (Paraşüt qülləsi) artıq Azərbaycanın Milli Etalon Vaxtı - UTC (AZ) əsasında vaxt göstərilir. Bununla bağlı qüllənin yaxınlığında məlumatlandırıcı stend də quraşdırılıb.

Qeyd edək ki, Milli Etalon Vaxtı - UTC (AZ) Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büro (Bureau International des Poids et Mesures - BIPM) tərəfindən ötən ilin nöyabr ayında təsdiq olunub.
OXŞAR XƏBƏRLƏR