Azərbaycanda ən yüksək əməkhaqqı bu sahələrdə verilir - SİYAHI

MARAQLI
10:16 20.11.2021
267
Xəbər verdiyimiz kimi, Azərbaycanda cari ilin yanvar-sentyabr aylarında muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı artaraq 723 manat 20 qəpik olub.

AZXEBER.COM "qafqazinfo"-ya istinadən xəbər verir ki, əməkhaqqı neft-qaz sektorunda 3183 manat 20 qəpik, qeyri neft-qaz sektorunda 673 manat 50 qəpik təşkil edib.

Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 641manat 40 qəpik, özəl müəssisələrdə isə 820 manat 10 qəpik olub.

Cari ilin ilk doqquz ayında iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə 900 manatdan yüksək olan orta aylıq nominal əməkhaqqı aşağıdakı kimi olub:

Mədənçıxarma sənayesi - 3 121 manat 80 qəpik

Maliyyə və sığorta fəaliyyəti - 1 985 manat 90 qəpik

İnformasiya və rabitə - 1 154 manat 70 qəpik

Peşə, elmi və texniki fəaliyyət - 1 178 manat 80 qəpik

Dövlət idarəetməsi və müdafiə; sosial təminat - 960 manat 50 qəpik

Nəqliyyat və anbar təsərrüfatı - 926 manat 70 qəpik

OXŞAR XƏBƏRLƏR