“Azərbaycanda ərinə xəyanət edən qadınların sayı artıb” - Boşanmaların müasir SƏBƏBLƏRİ…

“Azərbaycanda ərinə xəyanət edən qadınların sayı artıb” - Boşanmaların müasir SƏBƏBLƏRİ…
SOSİAL
17:34 21.12.2017
15358

Bu ilin 10 ayı ərzində qeydiyyat şöbələri tərəfindən 52061 nikah və 12191 boşanma halı qeydə alınıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,4, boşanmaların sayı isə 1,5 olub.


"Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Modern.az-a deyib ki, boşanmaların sayının artması ölkədə ailə münasibətlərində ciddi böhranın olduğunun göstəricisidir:


"Hər ailənin öz problemi var. Rəsmi statistikadan başqa, qeyri-rəsmi nikahda olanlar da var. Yəni vətəndaş nikahı və dini nikahda olub, boşananların sayını biz dədiqləşdirə bilmirik”.


Hüquq müdafiəçisi boşanmaların səbəblərinin müxtəlif olduğunu diqqətə çatdırıb:


"Ailənin təməli inam üzərində qurulmalıdır. İnsanlar bir-birlərinə inanmırlar, əslində evlənən cütlüklər arasında qarşlılıqlı inam və etibar olmalıdır. Lakin ailə quran şəxslər gələcək həyatını sığortalayacaq hüquqi addımları kifayət qədər nəzərə almırlar və bu yöndə addım atmırlar. Hazırda ailə münasibətlərinə kənar müdaxilə çoxdur. Bunlar qohumluq münasibətlərindən tutmuş, sosial şəbəkələrə qədər olan münasibətlərə dayanır. Əvvələr ailədə böyüklük ailə dəyərələrinin möhkəmlənməsinə yönəlik idisə, indi bu addımlar daha çox dağıdıcı rol oynayır”.


M.Zeynalova deyib ki, ailələrin dağılmasında xəyanətin payı çoxdur:


"Hazırda ailənin dağılmaması üçün ən çox kişilərin dözümlülük göstərdiyini müşahidə edirik. Digər bir hal isə hər iki tərəfin xəyanət etməsi və bunu normaya çevirməsidir. Belə ki, hətta bu münasibətlər də ciddi assosial hal alıb. İndi qadınlar arasında xəyanətin artması ciddi siqnaldır və bunun qarşısının alınması qarşılıqlı öhdəlik və məsuliyyətin dərk edilməsi ilə mümkün ola bilər. Yeri gəlmişkən, öhdəlik və məsuliyyət hissi ilə ailə qurulmasına şüurlu daxil olmayan tərəflər də çoxdur. Bu, sadəcə nəsil artırma missiyasına bənzəyir. Ailələr ya romantika – sevgi, ehtiras əsasında və yaxud da tərəflərin valideynlərin israrı ilə qurulur”.


Tanınmış vəkil Şəfiqə Nağıyevada boşanma hallarının artdığını təsdiqləyib:


"Bu gün məhkəmə işlərinin böyük əksəriyyəti boşanmalardır. Əvvəlcə tərəflər arasında barışıq olmasına çalışırıq. Amma elə müraciət edən cütlüklər olur ki, onların yenidən bir araya gəlməsi mümkün olmur. İnsanlar da çox aqressivləşib”.


Ş.Nağıyeva boşanma səbəbi kimi xəyanətin üstünlük təşkil etdiyini vurğulayıb:


"Bir neçə il əvvələ qədər boşama səbəbi qayınana, baldız, yaşayış səviyyəsinin aşağı olması idisə, bu gün boşanma səbəbi xəyanətdir. Sosial şəbəkələr də burada mühüm rol oynayır. Əksəriyyət başqa adla Facebook-a girir, ər də xəbər tutanda problem yaranır. Bu gün boşanmaların səbəbi əksər qadınların Facebook, İnstaqram kimi sosial şəbəkələrin istifadəçisi olub, orada öz fotolarını paylaşmaları, yaxud ərindən gizlin telefon işlədib, digər şəxslərlə münasibət qurmaları, mesajlaşmalarıdır. Həmin mesajlar üzə çıxanda da qarşı tərəf çıxış yolunu məhkəmə qapısında tapır. Bunun əsasında deyə bilərəm ki, boşanmaların böyük çoxluğu xəyanətlə bağlıdır. Bir də ani evlilik qərarları da boşanmalarda əsas amildir. Əvvəl bir şey olan kimi deyirdilər "qayınanam yola vermir”. İndikilərin çoxusu heç qayınana ilə bir evdə yaşamaq belə istəmir. Gəlməmiş şərt kəsirlər ki, "evi ayır”. Gənclər ayrı yaşayanda da özbaşınalıq edir, nəticəsi boşanma olur”

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Elmira Şabanova ilə vida mərasimi keçirilir
11:21 26.11.2026
Elmira Şabanova ilə vida mərasimi keçirilir
Kəlbəcər: Möhtəşəm təbiəti və zəngin sərvətləri ilə seçilən diyar
11:17 26.11.2026
Kəlbəcər: Möhtəşəm təbiəti və zəngin sərvətləri ilə seçilən diyar
Birbank-ın “Yığ və qazan” lotereyasının ilk tirajının qalibləri bəlli oldu
11:10 26.11.2026
Birbank-ın “Yığ və qazan” lotereyasının ilk tirajının qalibləri bəlli oldu
"Sabah" - "Barselona" oyununda faciə: Rusiyalı azarkeş stadionda öldü
10:57 26.11.2026
"Sabah" - "Barselona" oyununda faciə: Rusiyalı azarkeş stadionda öldü
PAŞA Bank X Beynəlxalq Bankçılıq Forumunda iştirak edib
10:43 26.11.2026
PAŞA Bank X Beynəlxalq Bankçılıq Forumunda iştirak edib
Biznes xərclərinə nəzarət Yelo Bank-ın tarif paketləri ilə daha rahatdır!
10:42 26.11.2026
Biznes xərclərinə nəzarət Yelo Bank-ın tarif paketləri ilə daha rahatdır!
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü keçiriləcək - FOTO
10:39 26.11.2026
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü keçiriləcək - FOTO
Bu ərazilərə qar yağdı
10:35 26.11.2026
Bu ərazilərə qar yağdı
Bakıda bir sıra ərazilərdə söküntü başladı: Kompensasiya məbləği açıqlandı
10:21 26.11.2026
Bakıda bir sıra ərazilərdə söküntü başladı: Kompensasiya məbləği açıqlandı
UEFA Avropa Liqası: "Beşiktaş" İsrail klubu ilə üz-üzə gələcək
09:40 26.11.2026
UEFA Avropa Liqası: "Beşiktaş" İsrail klubu ilə üz-üzə gələcək
Azərbaycan və Çin arasında ədliyyə sahəsində əməkdaşlıq genişləndirilir
09:35 26.11.2026
Azərbaycan və Çin arasında ədliyyə sahəsində əməkdaşlıq genişləndirilir
Bakı aeroportunda ər-arvad saxlanılıb - 22 min avroya ad-soyadlarını dəyişdiribmişlər
09:28 26.11.2026
Bakı aeroportunda ər-arvad saxlanılıb - 22 min avroya ad-soyadlarını dəyişdiribmişlər
Qazaxda fərdi evin həyətyanı sahəsində partlayış baş verib, xəsarət alanlar var
09:14 26.11.2026
Qazaxda fərdi evin həyətyanı sahəsində partlayış baş verib, xəsarət alanlar var
Ukrayna dünyada ilk dəfə reaktiv dronu döyüş lazeri ilə vurub
08:56 26.11.2026
Ukrayna dünyada ilk dəfə reaktiv dronu döyüş lazeri ilə vurub
Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
08:34 26.11.2026
Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
KXDR-in nüvə statusuna etiraz müharibə elanı kimi qiymətləndiriləcək
08:20 26.11.2026
KXDR-in nüvə statusuna etiraz müharibə elanı kimi qiymətləndiriləcək