Azərbaycan və Çin arasında ədliyyə sahəsində əməkdaşlıq genişləndirilir

Azərbaycan və Çin arasında ədliyyə sahəsində əməkdaşlıq genişləndirilir
SİYASƏT
09:35 26.11.2026
49
Azərbaycan Respublikasının ədliyyə naziri Fərid Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 23-25-də Çin Xalq Respublikasına səfər edib.

Səfər çərçivəsində Azərbaycanın ədliyyə naziri ilə Çin Xalq Respublikasının ədliyyə naziri He Ronq arasında ikitərəfli görüş keçirilib.

Görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpinin səyləri və siyasi iradələri sayəsində iki ölkə arasında münasibətlərin hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi vurğulanıb.

Qeyd olunub ki, siyasi dialoqun yüksək səviyyəsi müxtəlif sahələrdə, o cümlədən hüquq və ədliyyə sahəsində əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanlar yaradır. Həmçinin gələn il Azərbaycan və Çin arasında diplomatik münasibətlərin qurulmasının 35 illiyinin tamam olacağı diqqətə çatdırılıb.

Fərid Əhmədov Azərbaycan ilə Çin arasında ədliyyə sahəsində əməkdaşlığın mövcud vəziyyətindən məmnunluğunu ifadə edərək, qarşılıqlı səfərlərin, təcrübə mübadiləsinin və birgə təşəbbüslərin əlaqələrin daha da inkişafına xidmət etdiyini bildirib.

Görüşdə iki ölkə arasında geniş müqavilə-hüquq bazasının formalaşdığı və imzalanmış sənədlərin uğurla icra olunduğu vurğulanıb. Bu çərçivədə hüquqi yardım, ekstradisiya və məhkumların verilməsi sahələrində mövcud müqavilələrin əhəmiyyəti qeyd olunub.

Görüşün sonunda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ilə Çin Xalq Respublikası Ədliyyə Nazirliyi arasında 2025-ci ildə imzalanmış Anlaşma Memorandumunun icrası məqsədilə 2027–2029-cu illər üzrə Əməkdaşlıq Proqramı imzalanıb. Əməkdaşlıq Proqramı əsasında beynəlxalq əməkdaşlıq, notariat fəaliyyəti, ədliyyə sahəsində rəqəmsallaşma, hüquqşünasların tədrisi və penitensiar sahə üzrə təcrübə mübadiləsi nəzərdə tutulur.

Azərbaycan nümayəndə heyəti səfər zamanı Pekin Hüquqi Yardım Mərkəzinə və Çin Ali Xalq Məhkəməsinin qərargahında fəaliyyət göstərən "Ağıllı Məhkəmə" laboratoriyasına baş çəkib.
 




OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan və Çin arasında ədliyyə sahəsində əməkdaşlıq genişləndirilir
09:35 26.11.2026
Azərbaycan və Çin arasında ədliyyə sahəsində əməkdaşlıq genişləndirilir
Saxta pasportla Azərbaycana gələn iranlı ər-arvad həbs edildilər
09:28 26.11.2026
Saxta pasportla Azərbaycana gələn iranlı ər-arvad həbs edildilər
Qazaxda fərdi evin həyətyanı sahəsində partlayış baş verib, xəsarət alanlar var
09:14 26.11.2026
Qazaxda fərdi evin həyətyanı sahəsində partlayış baş verib, xəsarət alanlar var
Ukrayna dünyada ilk dəfə reaktiv dronu döyüş lazeri ilə vurub
08:56 26.11.2026
Ukrayna dünyada ilk dəfə reaktiv dronu döyüş lazeri ilə vurub
Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
08:34 26.11.2026
Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
KXDR-in nüvə statusuna etiraz müharibə elanı kimi qiymətləndiriləcək
08:20 26.11.2026
KXDR-in nüvə statusuna etiraz müharibə elanı kimi qiymətləndiriləcək
Almatıda fərdi evdə yanğın baş verib, ölənlər var
08:08 26.11.2026
Almatıda fərdi evdə yanğın baş verib, ölənlər var
Suriyada İŞİD-in hücumları nəticəsində iki təhlükəsizlik əməkdaşı ölüb
05:30 26.11.2026
Suriyada İŞİD-in hücumları nəticəsində iki təhlükəsizlik əməkdaşı ölüb
Wi-Fi routerini gecələr söndürmək lazımdır – Çoxlarının bilmədiyi SƏBƏB
05:16 26.11.2026
Wi-Fi routerini gecələr söndürmək lazımdır – Çoxlarının bilmədiyi SƏBƏB
Çempionlar Liqası: "Bavariya" məğlub olub, "Fənərbağça" səfərdə qələbə qazanıb
04:50 26.11.2026
Çempionlar Liqası: "Bavariya" məğlub olub, "Fənərbağça" səfərdə qələbə qazanıb
Vatsapda daha bir yenilik: Mətn mesajları da birdəfəlik olacaq
04:33 26.11.2026
Vatsapda daha bir yenilik: Mətn mesajları da birdəfəlik olacaq
Pezeşkian tələbənin etirazından sonra səhnəni tərk etdi
04:18 26.11.2026
Pezeşkian tələbənin etirazından sonra səhnəni tərk etdi
Rusiya səfirliyi Moldovada təxribat hazırlandığını iddia edib
04:00 26.11.2026
Rusiya səfirliyi Moldovada təxribat hazırlandığını iddia edib
Rusiya Kiyevə ballistik raketlərlə hücum edib
03:43 26.11.2026
Rusiya Kiyevə ballistik raketlərlə hücum edib
2026-cı ilin sonuna qədər daha çox pulu olacaq BÜRCLƏR
03:28 26.11.2026
2026-cı ilin sonuna qədər daha çox pulu olacaq BÜRCLƏR
Tadevosyan: Ermənistan "Starlink" xidmətlərindən istifadənin genişləndirilməsində maraqlıdır
03:12 26.11.2026
Tadevosyan: Ermənistan "Starlink" xidmətlərindən istifadənin genişləndirilməsində maraqlıdır